Proqram haqqında
Proqramın məqsədi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin internetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, Bakının dünyanın internet xəritəsinə daxil edilməsi və burada İnternet Mübadilə Mərkəzinin (IXP – Internet Exchange Point) yaradılmasıdır. Həmçinin proqram perspektivdə Azərbaycanın regionda internetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən “Made in Azerbaijan” brendi altında bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasını da hədəfləyir.
Missiya və baxış nöqtəsi
"Azerbaijan Digital Hub" proqramı müvafiq missiya və baxış nöqtəsinə sahibdir. Bura aşağıdakılar daxildir:
01Texnologiyanın inkişafı
Sənaye 4.0 şəraitində Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal transformasiya proseslərinə töhfənin verilməsi
02Rəqəmsal infrastruktur
Ölkənin telekommunikasiya sektorunun dayanıqlı inkişafı üçün güclü rəqəmsal infrastrukturun qurulması
03Rəqəmsal iqtisadiyyat
Rəqəmsal iqtisadiyyata sürətli keçid, ölkədə informasiya cəmiyyətinin bərqərar olması, rəqəmsallaşma proseslərinin sürətli icrasına dəstəyin göstərilməsi
Proqramın komponentləri
“Azerbaijan Digital Hub” proqramı ümumilikdə bir sıra komponentlərdən – layihələrdən ibarətdir. Bu layihələr ölkə daxilində və xaricində magistral infrastruktur quruculuğunu, Bakı şəhərinin İnternet Mübadilə Mərkəzinə çevrilməsi üçün fəaliyyətin aparılmasını, Azərbaycanda iri Data Mərkəzin tikintisini, rəqəmsal transformasiya və rəqəmsal ekosistem quruculuğu istiqamətində fəaliyyəti əhatə edir.
Rəqəmsal ekosistemin formalaşması
“Azerbajan Digital Hub” proqramının missiyası Azərbaycanda və ümumiyyətlə regionda yeni bir rəqəmsal ekosistemin formalaşmasıdır.
İnternet Mübadilə Mərkəzi (IXP) layihəsi
“Azerbaijan Digital Hub” proqramının icrasının ikinci mərhələsi çərçivəsində ən mühüm layihələrdən biri Bakı şəhərinin İnternet Mübadilə Mərkəzinə (IXP – İnternet Exchange Point) çevrilməsini nəzərdə tutur.
Regional Data Mərkəzi
Regional Data Mərkəzi “Azerbaijan Digital Hub” proqramının icrasının ikinci mərhələsi çərçivəsində vacib layihələrdən biri də Azərbaycanda Regional Data Mərkəzin tikilməsidir.
“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi
“Azerbaijan Digital Hub” proqramının birinci mərhələsi çərçivəsində icra edilən ən mühüm layihələrdən biri də məhz Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması ilə bağlı aparılan “Rəqəmsal İpək Yolu” – “Digital Silk Way” layihəsidir.
Tərəfdaşlar