İnternet Mübadilə Mərkəzi (IXP) layihəsi
“Azerbaijan Digital Hub” proqramının icrasının ikinci mərhələsi çərçivəsində ən mühüm layihələrdən biri Bakı şəhərinin İnternet Mübadilə Mərkəzinə (IXP – İnternet Exchange Point) çevrilməsini nəzərdə tutur.
Hal-hazırda dünya üzrə internet trafiki müxtəlif regionlarda və dövlətlərdə yerləşən İnternet Mübadilə Mərkəzlərindən əldə olunur. Bu mərkəzlər internet xidmətinin və kontentin paylama mərkəzləri hesab olunurlar. Bu mərkəzlər sırasında London (LINX), Frankfurt (DE CIX), Amsterdam (AMS IX) Sofiya (IQNET-IX), Moskva (MSK IX), İstanbul (IQNET-IX) və digərlərini göstərmək olar. “Telegeography” resursunun məlumatına əsasən, 2018-ci ilin üzrə dünya üzrə bu tip mərkəzlərin sayı 528 olub.
Bakının İnternet Mübadilə Mərkəzi olması Orta və Cənubi Asiya, Yaxın Şərq kimi regionların internet xidmətini artıq Avropa internet mərkəzlərindən deyil, daha yaxın olan Bakı şəhərindən alması deməkdir. Bu isə həm internetin sürətinin daha yüksək olması, gecikmənin az olması, həm də qiymət tariflərinin daha optimal olması ilə nəticələnəcəkdir.