img
YÜKLƏNİR...

Gürcüstan-Qara Dəniz İnfrastrukturu

img

“Rəqəmsal İpək Yolu”nun əsas komponentlərindən biri də Gürcüstanda fəaliyyət göstərən “Caucasus Online” şirkətidir. “Caucasus Online” şirkəti “AzerTelecom” şirkətinin də tərkibinə daxil olduğu NEQSOL Holding tərəfindən satın alınmışdır.

Belə ki, “Rəqəmsal İpək Yolu”nun Avropa hissəsi Qara dənizin dibi ilə Bolqarıstan və Gürcüstan arasında fiber-optik sualtı infrastruktura sahib olan “Caucasus Online” şirkətinin infrastrukturundan ibarətdir.

Layihənin Qara dəniz seqmenti - Qara dəniz kabeli (uzunluğu 1200 km-dir və 2008-ci ildə tikilib) cari 12 terabit/s məlumat ötürmə gücünə sahibdir və 16 terabit/s-məlumat ötürmə imkanına qədər yenilənməsi planlaşdırılır, əlavə investisiyaların yatırılması ilə 50 terabit/s trafik tələbini ödəmək potensialına malikdir.

Azərbaycan - dünyanın yeni rəqəmsal mərkəzi